NATO-dan İrana qarşı müharibəyə qoşulması ilə bağlı AÇIQLAMA


Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində NATO ölkələrinə çağırış edib. ABŞ lideri bildirib ki, Şimali Atlantika Alyansına üzv dövlətlər Hörmüz boğazının blokadadan çıxarılmasında ABŞ-yə kömək etməsələr, NATO-nu "çox pis gələcək" gözləyir.

Bəs NATO Trampın çağırışına necə reaksiya verəcək?

Mövzu ilə bağlı Bizim.Media NATO-ya sorğu ünvanlayıb. Təşkilatdan sorğumuza cavab olaraq bildirib ki, hər bir ssenari araşdırılır:

“Müttəfiqlər artıq Aralıq dənizində əlavə təhlükəsizlik təmin etmək üçün addımlar atıblar. Fərdi müttəfiqlərin ABŞ və digərləri ilə Hörmüz boğazında təhlükəsizlik konteksti də daxil olmaqla daha nə edə biləcəkləri barədə danışıqlar apardıqlarını bilirik", - deyə NATO-nun cavabında qeyd olunub.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.


MANŞET XƏBƏRLƏRİ