Özbəkistan İrana humanitar yardım göndərdi


Özbəkistan İrana humanitar yardım göndərib.

Turkustan.az xəbər verir ki, un, düyü, şəkər, makaron, günəbaxan yağı, konserv məhsulları və tibbi ləvazimatlardan ibarət yardım paketləri İrana çatdırılıb.

Təhvil-təslim mərasimində Daregaz şəhərinin valisi Müctəba Bazmara, Xorasan-Rəzəvi vilayətində Xarici İşlər üzrə məsul şəxs Əli Masumifar və İranın Türkmənistandakı səfiri Əli Müctəba Ruzbexani iştirak ediblər.

Rəsmilər Özbəkistana təşəkkür edərək, bu addımı iki ölkə arasında dostluq və həmrəyliyin güclü göstəricisi kimi qiymətləndiriblər.

Bir mətn şəkili ola bilərBir mətn şəkili ola bilər

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ