İranla gizli danışıqlar: Adaya hücum olsa...


Hazırda əsas gizli danışıqlar Xark adası barədə aparılır.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

İranla gizli danışıqlar: Adaya hücum olsa...

“Danışıqlar, belədir:

1. Tramp müharibəni birtəhər bitirməli və qalib kimi görünməlidir. Buna görə də Pentaqon İran neft ixracatının 90%-nin keçdiyi Xark adasına qoşun yeritmək barədə bir ideya irəli sürüb. İdeyaya görə, qoşun yeritdikdən sonra onlar qələbələrini elan edəcək və İranla danışıqlar aparacaqlar: İran sülhə razılıq verəcək, ABŞ isə onlara Xark adasını geri qaytaracaq.

2. İran isə bəyan edib ki: əgər ABŞ Xark adasının neft infrastrukturunu ələ keçirərsə və ya ona hücum edərsə, İran Amerika hərbi bazalarının olduğu bütün ölkələrin bütün neft infrastrukturuna hücum edəcək.

3. Körfəz dövlətləri isə Trampa zəng etməyə başladı: Xark adasına qoşun yeritmək qadağandır!

4. Tramp düşünür və danışıqlar aparır.

5. Əgər Xark adasında əməliyyat baş verərsə və İranın buna cavabı olarsa, neftin qiyməti hazırkı 100 dollardan 150, hətta 200 dollar qalxacaq”, - o bildirib./axar.az


MANŞET XƏBƏRLƏRİ