Azərbaycan neftinin qiyməti 110 dollara çatır


Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

Turkustan.az xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barelə olan qiyməti 0,09 ABŞ dolları və ya 0,08% artaraq 109,19 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ