Demokratlardan Trampa: Bu dəlilik dayandırılmalıdır!


Senatdakı azlıq lideri, Demokrat Çak Şumer prezident Donald Trampı Yaxın Şərqdə İrana qarşı hücumlarla bağlı "ziddiyyətli açıqlamalar" verməkdə günahlandırdı.

Turkustan.az xəbər verir ki, senatdakı çıxışında Şumer xatırladıb ki, 28 fevraldan bəri İrana qarşı hücumda səkkiz ABŞ əsgəri həyatını itirib və 140 amerikalı əsgər yaralanıb, onlardan səkkizi ağır vəziyyətdədir.

Demokrat senator əlavə edib ki, hərbi itkilərin artması və ölkə daxilində iqtisadi problemlər fonunda bir çox amerikalı bu münaqişənin məqsədini sual altına alır. O bildirib ki, yanacaq qiymətlərinin artması, itkilərin çoxalması və hərbi əməliyyatların genişlənməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb.

“Bütün bu dəyişikliklər və xaos fonunda amerikalılar sadə bir sual verir: niyə? ABŞ niyə müharibədədir? Amerikalılar müharibə istəmir və bunu heç vaxt istəməyiblər.

İstənilən şəxsdən soruşun və onlar deyirlər ki, "Ya müharibənin sonuna yaxınlaşırıq, ya da yeni başlayırıq". Donald Trampdan müharibənin sonunda, yoxsa əvvəlində olduğumuzu soruşsanız, o, "Hər ikisi" deyə cavab verir. Bu dəlilik dayandırılmalıdır" - – deyə, Şumer vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ