Meloni: İtaliya Yaxın Şərq böhranına qarışmayacaq


İtaliyanın baş naziri Giorgia Meloni ölkəsinin Yaxın Şərqdəki böhrana qarışmadığını və belə bir niyyətinin olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, eyni zamanda İranın cənubundakı Minab şəhərində məktəbdə baş verən və qızların ölümü ilə nəticələnən hadisəni qətiyyətlə pisləyib.

Turkustan.az xəbər verir ki, Meloni fevralın 28-də ABŞ və İsrailin İrana hücumundan, eləcə də İranın buna cavabından sonra Yaxın Şərqdə yaranan gərgin vəziyyət fonunda çıxış edib. O, həmçinin martın 19–20-də keçiriləcək Aİ Liderlər Zirvəsi ərəfəsində İtaliya hökumətinin beynəlxalq məsələlərdəki mövqeyi ilə bağlı parlamentin yuxarı palatası olan Senatda danışıb.

Meloni bildirib ki, dünya son illərin ən mürəkkəb böhranlarından biri ilə üz-üzədir və bu vəziyyətə ciddi yanaşmaq lazımdır. Onun sözlərinə görə, “beynəlxalq hüquq və çoxtərəfli təşkilatlar ciddi sınaq qarşısındadır və ortaq dünya nizamının sarsılması müşahidə olunur”.

Meloni iddia edir ki, bu vəziyyət Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü olan Rusiyanın 2022-ci ildə Ukraynaya hücum etməsi ilə başlayıb və nəticədə yaranan qeyri-sabitlik Yaxın Şərqə də yayılıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ