“ABŞ və İsrail yüksək zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün İrana xüsusi təyinatlı qüvvələrin göndərilməsini müzakirə ediblər”.
Turkustan.az xəbər verir ki, bu barədə “Axios” dörd mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, onlar bunu münaqişənin sonrakı mərhələsində etmək niyyətində idilər.
“Uranın iki mümkün variantı müzakirə olunub. Birinci variant onun ölkədən çıxarılması, ikinci variant isə uranın yerində “qarışdırılması” üçün nüvə silahları üzrə mütəxəssislərin cəlb edilməsini əhatə edirdi. Həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) alimlərinin missiyada iştirak etməsi təklif olunub”, – deyə nəşr yazıb.
Martın 8-də Ağ Evdə “Air Force One” təyyarəsində yayımlanan verilişdə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, ABŞ qoşunları gələcəkdə zənginləşdirilmiş uranı ələ keçirmək üçün İrana gedə bilərlər./Globalinfo.az