SENSASİON İDDİA: Rusiyanın kargo təyyarəsi ilə onlarla iranlı diplomat ölkəni tərk edib


Livan mətbuatının yaydığı məlumata görə, Rusiyaya məxsus yük təyyarəsi Beyrutdan havaya qalxaraq 100-dən çox iranlı diplomat və onların müşavirlərini ölkədən çıxarıb. Hadisə ABŞ-İsrail və İran arasında davam edən müharibə fonunda bölgədə diplomatik hərəkətliliyin artdığı bir vaxtda baş verib.

Turkustan.az xəbər verir ki, MTV telekanalının məlumatına görə, IL-76 tipli rus kargo təyyarəsi Beyrutdakı Rəfiq Həriri Beynəlxalq Hava Limanından havaya qalxıb. Təyyarənin İran diplomatlarını və bəzi müşavirləri daşıdığı iddia olunur.

Məlumatda həmçinin bildirilir ki, təyyarədə İsrailin Beyrutda həyata keçirdiyi hücumlar zamanı öldürüldüyü deyilən İran İnqilab Keşikçiləri Korpusunun 5 üzvünün cənazəsi də olub.

Bu uçuşun İsrailin Livanda Hizbullah və İranla əlaqəli hədəflərə qarşı hücumları artırdığı bir dövrdə baş verdiyi qeyd olunur. Analitiklər bunu bölgədə artan diplomatik və hərbi gərginliyin yeni göstəricisi kimi qiymətləndirirlər.

Lakin Beyrutdan qalxan bu təyyarə ilə bağlı Livan, İran və ya Rusiya tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Buna görə də hadisənin İran diplomatlarının təhlükəsizlik səbəbi ilə təxliyəsi olub-olmadığı hələ dəqiq məlum deyil./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ