ABŞ rəsmi Moskvaya müraciət edərək, İrana kəşfiyyat məlumatlarının ötürülməməsini xahiş edib.
Turkustn.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.
Uitkoffun sözlərinə görə, Rusiya tərəfinə göndərilən mesajda Tehranın regiondakı Amerika qüvvələrinə hücum etməsini asanlaşdıran məlumatların paylaşılmaması tələb olunub:
"Mən Rusiyaya kəşfiyyat məlumatlarını İrana ötürməmək barədə müraciət ünvanlamışam. Bu cür informasiyalar İran rejiminə bölgədəki hərbi qüvvələrimizi hədəfə almaq imkanı yarada bilər".
Xüsusi elçi Rusiyanın indiyədək belə məlumatları paylaşıb-paylaşmadığı və ya Amerika hərbi obyektlərinə atəş açılması üçün hədəf göstərib-göstərmədiyi barədə dəqiq məlumat verməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəlki çıxışlarında Moskvanın Tehrana hərbi yardım göstərdiyinə dair hər hansı ciddi əlamət görmədiyini vurğulamışdı./teleqraf.az