Müharibə yeni bir mərhələyə qədəm qoydu! Gözlənilməz bir silah yerləşdirilir


İran Prezidenti Məsud Pezeşkian bölgədə davam edən münaqişələrin yeni mərhələyə qədəm qoyduğunu və bunun İranın hərbi strategiyasında mühüm dəyişikliklərə səbəb olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, qeyd edib ki, İran əvvəlki hücumlarda əsasən köhnə raket ehtiyatlarından istifadə edib və bu ehtiyatlar artıq böyük ölçüdə tükənib.

Pezeşkian bildirib ki, qarşıdakı dövrdə İranın daha inkişaf etmiş hərbi texnologiyaları döyüş meydanında özünü göstərəcək. O deyib: “Biz müharibənin yeni mərhələsinə qədəm qoymuşuq. Tehran köhnə raket ehtiyatlarını tükəndirib və indi İslam Respublikasının əsl texnologiyası ortaya çıxacaq”.

İran lideri xüsusilə Fars körfəzi və Yaxın Şərqdə yerləşən hədəflərə qarşı hücumların arta biləcəyini vurğulayıb. Onun sözlərinə görə, yeni mərhələdə “Xeybər Şekan-4” raket sistemlərindən istifadə olunacaq.

Pezeşkian qeyd edib ki, bu raketlər əsasən İsrail və bölgədə yerləşən ABŞ hərbi obyektlərini hədəf almaq imkanına malikdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ