ABŞ və İsrailin İrana hücumlarının altıncı günündə İranın paytaxtı Tehrana yeni hava hücumları həyata keçirildi, İsrailin isə Livanda bombardmanı davam etdi.
Turkustan.az xəbər verir ki, İsrail ordusu Beyrutun cənubundakı bəzi məhəllələrin boşaldılmasına çağırış edib. Bu arada, ABŞ-da Senat Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmağa yönəlmiş təşəbbüsü rədd edib.
İran rejimi həm Vaşinqtona, həm də Avropa ölkələrinə güclü mesajlar göndərsə də, Azərbaycandakı hücum gərginliyin bölgəyə yayıla biləcəyi ilə bağlı narahatlıqları artırdı. Bütün dünya bölgədəki hadisələri diqqətlə izlədiyi bir vaxtda Sudan Suverenlik Şurasının sədri və Ordu Komandanı general Əbdülfəttah əl-Burhan diqqətəlayiq bir açıqlama verdi. Burhan bildirib ki, "Əgər ABŞ və İsrail İrana qarşı quru əməliyyatı başlatsa, Sudan İranla birlikdə müharibəyə qoşulacaq ".
Aytən Yaşar/ Turkustan.az