Müharibədə yeni mərhələ: Ölkənin taleyinin həll olunduğu nöqtə vuruldu


İsrail ordusu İranın paytaxtı Tehranda mərhum dini lider Ayətullah Əli Xameneiyə məxsus olduğu güman edilən yeraltı bunkeri hədəf aldığını açıqladı.

Turkustan.az xəbər verir ki, İsrail ordusu bildirib ki, sözügedən yeraltı bunker hələ də yüksək vəzifəli İran rəsmiləri tərəfindən istifadə olunur. İsrail ordusu hücumun səbəbinin məhz bu olduğunu iddia edib. Bölgədə gərginlik artdıqca İran hələ də hücumla bağlı rəsmi açıqlama verməyib. Tehrandakı hadisələr beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ