Regionda ilk elmi-tədqiqat infrastrukturu: MDU-da "Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyası" yaradıldı


Çağdaş dövrdə universitetlər təhsil verən qurum olmaqla yanaşı, eyni zamanda cəmiyyətin sosial-iqtisadi və ekoloji problemlərinin elmi əsaslarla araşdırıldığı strateji bilik mərkəzləri kimi çıxış edir. Bu baxımdan, 6 mart 2026-cı il tarixində Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olan Mingəçevir Dövlət Universitetində Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyasının istifadəyə verilməsi universitetin elmi inkişaf strategiyasında mühüm mərhələ kimi qiymətləndirilə bilər.

Yeni laboratoriyanın yaradılması ali təhsil müəssisəsində aparılan institusional yenilənmə və elmi modernləşmə siyasətinin məntiqi nəticəsi olmaqla yanaşı, regionda su resurslarının tədqiqi, su təhlükəsizliyi və ekoloji dayanıqlılıq məsələlərinin elmi əsaslarla araşdırılması üçün mühüm platforma formalaşdırır.

Son zamanlarda Mingəçevir Dövlət Universitetində müşahidə olunan elmi dinamika və institusional inkişaf prosesləri universitet rəhbərliyinin strateji baxışının nəticəsi kimi diqqət çəkir. Bu transformasiya prosesinin mərkəzində universitetin rektoru Anar Eminovun təşəbbüskarlığı və elmi inkişafı prioritet istiqamət kimi müəyyənləşdirən idarəçilik fəlsəfəsi dayanır.

Rektorun rəhbərliyi ilə həyata keçirilən modernləşmə siyasəti universitetdə elmi-tədqiqat fəaliyyətinin institusional əsaslarının gücləndirilməsinə, yeni elmi strukturların yaradılmasına və tədqiqat infrastrukturunun müasir texnologiyalarla təmin edilməsinə yönəlib. Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyasının yaradılması da məhz bu strateji yanaşmanın real nəticələrindən biri kimi qiymətləndirilir.

Bu təşəbbüs universitetin yalnız akademik mühitdə deyil, həm də regionun sosial və ekoloji problemlərinin həllində aktiv rol oynayan elmi mərkəzə çevrilməsi istiqamətində atılan mühüm addımlardan biridir.

Laboratoriya su resurslarının kompleks tədqiqi üçün müasir analitik cihazlarla təchiz olunub. Burada suyun əsas fiziki-kimyəvi parametrlərinin – pH səviyyəsi, temperatur, elektrik keçiriciliyi, sərtlik və bulanıqlıq kimi göstəricilərin dəqiq müəyyənləşdirilməsi mümkün olacaq.

Eyni zamanda laboratoriyada suyun kimyəvi tərkibinin analizi – nitratlar, fosfatlar, xloridlər və digər indikatorların ölçülməsi həyata keçiriləcək. Bu isə regionun su resurslarının vəziyyətinin elmi metodlarla qiymətləndirilməsi və mümkün ekoloji risklərin vaxtında müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Laboratoriyada nümunələrin götürülməsi, filtrasiya olunması, saxlanılması və təhlükəsiz işlənməsi üçün yaradılmış müasir infrastruktura əsaslanan tədqiqat prosesi əldə olunan nəticələrin yüksək dəqiqlik və etibarlılıq səviyyəsini təmin edəcək.

Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyası həm elmi araşdırmalar üçün, həm də təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi üçün mühüm imkanlar yaradır. Bu laboratoriya müəllim və tədqiqatçıların su və ətraf mühit problemləri üzrə araşdırmalarını sistemli şəkildə aparmasına şərait yaratmaqla yanaşı, tələbələr üçün də praktiki bacarıqların formalaşdırılmasına xidmət edəcək.

Beləliklə, universitetdə nəzəri biliklərlə praktik tədqiqat fəaliyyətinin inteqrasiyası güclənəcək və bu, müasir əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.

Yeni laboratoriyanın fəaliyyət istiqamətlərindən biri də regionda su resurslarının monitorinqi və su keyfiyyətinin elmi metodlarla qiymətləndirilməsi olacaq. Bu çərçivədə aparılacaq tədqiqatlar sənaye, kənd təsərrüfatı və urbanizasiya proseslərinin su resurslarına təsirinin araşdırılmasına imkan yaradacaq.

Eyni zamanda laboratoriya əldə olunan elmi nəticələrin praktik qərarvermə proseslərinə inteqrasiyasını təmin etməklə regionda su idarəçiliyinin daha effektiv modellərinin formalaşdırılmasına töhfə verə bilər.

Universitetin inkişaf strategiyası kontekstində Regional Su Mükəmməlliyi və Dayanıqlılıq Laboratoriyasının yaradılması Mingəçevir Dövlət Universitetinin 2026–2030-cu illəri əhatə edən inkişaf strategiyasında nəzərdə tutulan əsas prioritetlərdən biri olan elmi-tədqiqat potensialının gücləndirilməsi istiqamətinə uyğun gəlir.

Bu təşəbbüs universitetdə yeni yaradılmış Elmi Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən su və enerji istiqamətli tədqiqat qruplarının fəaliyyətini genişləndirməklə yanaşı, universitetin regionun elmi və innovasiya ekosistemində rolunu daha da möhkəmləndirir. Belə bir Laboratoriyasının yaradılması Mingəçevir Dövlət Universitetinin elmi inkişafında mühüm institusional mərhələdir. Bu təşəbbüs universitetin elmi potensialının genişlənməsi, təhsil və tədqiqat fəaliyyətinin inteqrasiyası və regionun ekoloji problemlərinin elmi əsaslarla araşdırılması baxımından böyük perspektivlər vəd edir.

Universitetdə formalaşan yeni elmi mühit göstərir ki, bu ali təhsil müəssisəsi sözün həqiqi mənasında, sadəcə, biliklərin mübadiləsini həyata keçirən qurum deyil, həm də cəmiyyətin dayanıqlı inkişafına töhfə verən intellektual elmi tədqiqat mərkəzidir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.Açıklama yok.Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ