ABŞ, İsrail və İran arasında müharibə yeddinci gündür davam edərkən ABŞ mediası Rusiyanın İrana kəşfiyyat məlumatı verdiyini iddia edir.
Turkustan.az xəbər verir ki, The Vashington Post qəzetinin kəşfiyyat mənbələrinə yaxın üç mənbəyə istinadən yaydığı məlumata görə Rusiya İrana ABŞ döyüş təyyarələri və hərbi gəmilərinin yerləşdiyi yerlər də daxil olmaqla müharibə ilə bağlı kəşfiyyat məlumatları təqdim edir.
Adlarının açıqlanmasını istəməyən üç rəsmi şəxs bildirib ki, müharibənin başlanmasından bəri Rusiya İrana ABŞ hərbi aktivlərinin – o cümlədən gəmilərin və döyüş təyyarələrinin yerləşdiyi mövqelər barədə məlumat ötürür.
“Vashington Post”a danışan mənbələrdən biri bu prosesi belə qiymətləndirib:
“Bu, hərtərəfli və koordinasiyalı bir səy kimi görünür.”
ABŞ-ın Vaşinqton şəhərindəki səfirliyi isə məsələ ilə bağlı şərh vermək istəyinə cavab verməyib.
Aytən Yaşar/ Turkustan.az