Pakistan: Əfqanıstan əməliyyatlarında 527 nəfər həlak oldu


Pakistan bildirib ki, Əfqanıstana qarşı qarşılıqlı hücumlarla müşayiət olunan əməliyyatlar zamanı Kabul tərəfində ümumilikdə 527 nəfər həlak olub, 755-dən çox insan yaralanıb.

Turkustan.az xəbər verir ki, Tarar Kabil tərəfində 237 nəzarət məntəqəsinin, 205 tankın, zirehli texnikanın və artilleriya qurğusunun məhv edildiyini və Əfqanıstanda 38 nəzarət məntəqəsinin ələ keçirildiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Əfqanıstan və Pakistan arasındakı münaqişələrin əzabları daha da artırdığını bildirib və tərəfləri "gərginliyi azaltmağa və dialoqa" çağırıb.

Türk Əfqanıstan və Pakistan arasındakı gərginliklə bağlı yazılı açıqlama yayıb.

Türk qeyd edib ki, ötən həftə Pakistanla Əfqanıstan arasında şiddətlənən toqquşmalardan bəri 24 uşaq və 6 qadın da daxil olmaqla 56 Əfqanıstan vətəndaşı həlak olub, 129 nəfər yaralanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ