Tramp İrana hücumlara son qoymaq üçün şərtini açıqladı


ABŞ və İsrailin İrana hücumları davam etdikcə Donald Tramp yeni bir açıqlama verib.

Turkustan.az xəbər verir ki, prezident Tramp İrana hücumlara son qoymaq üçün şərtini açıqlayıb.

"İran qeyd-şərtsiz təslim olmasa, heç bir razılaşma olmayacaq."
Tramp yeganə şərtin " İranın qeyd-şərtsiz təslim olması" olduğunu bildirib. O, bu şərt olmadan İranla heç bir razılaşmanın olmayacağını vurğulayıb.

İrandakı rejimin başında öz seçdiyi liderini oturtmaq istəyən Tramp bu məsələdə açıq şəkildə bildirib. O bildirib ki, əgər "böyük və məqbul liderlər seçilərsə", ABŞ və müttəfiqləri ölkənin yenidən ayağa qalxmasına kömək etmək üçün çalışacaqlar. Tramp bildirib ki, ABŞ və tərəfdaşları "İranı çöküşün astanasından geri çəkməyə" və onu iqtisadi cəhətdən daha güclü etməyə çalışacaqlar.

Tramp bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə İranın "böyük gələcəyi"nin olacağını iddia edərək, paylaşımına " İranı yenidən böyük edin" qeydini əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ