Avropa İttifaqının (Aİ) Xarici İşlər üzrə sözçüsü Ənuar Əl-Anuni İranın Körfəz, Türkiyə və Azərbaycana etdiyi hücumları qınayıb.
Turkustan.az xəbər verir ki, Əl-Anuni gündəlik mətbuat brifinqində Naxçıvan Muxtar Respublikasına edilən dron hücumlarını xüsusi olaraq qeyd edərək bildirib ki, bu hücumlar “tamamilə qəbuledilməzdir” və vəziyyəti daha da gərginləşdirir, müharibənin Yaxın Şərqdən kənara yayılma ehtimalını artırır.
Sözçü əlavə edib ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyini ifadə etmək üçün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə əlaqə saxlayıb.
Aytən Yaşar/ Turkustan.az