İranın Ali Lideri Xamenei 28 fevral səhəri ABŞ-İsrail hücumunda öldürülüb.
Turkustan.az xəbər verir ki, Daily Mail qəzetinin məlumatına görə, Xameneinin sui-qəsdinin təfərrüatları tədricən ortaya çıxdıqca, İsrail əməliyyatda ən müasir qırıcı təyyarələrdən və "Mavi Sərçə" adlı qabaqcıl raket sistemindən istifadə edib.
"Daily Mail" qəzetinin məlumatına görə, "Mavi Sərçə" kod adlı qabaqcıl raket sistemi ABŞ-İsrail hücumları zamanı İranın dini lideri Ayətullah Əli Xameneinin iqamətgahını hədəfə alaraq öldürmək əməliyyatında istifadə edilib.
Qəzetin məlumatına görə, Xameneiyə qarşı əməliyyat sadəcə hava hücumu deyil, kəşfiyyat məlumatlarını toplamaq, kiber əməliyyatlar və hərbi aldatma ilə bağlı uzunmüddətli bir plan idi. Bu kontekstdə əldə edilən yeni məlumatlar, Xameneinin niyə özünü bu qədər təhlükəsiz hiss etdiyini və evindən çıxmadığını izah edir.
Aytən Yaşar/ Turkustan.az