Ərəb ölkələri müharibənin bitməsini istəyir - yoxsa neft 150 dollar olacaq


Qətər Yaxın Şərqdəki müharibənin neftin qiymətinin bir barel üçün 150 dollara yüksəlməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, Qətər hakimiyyəti hesab edir ki, ABŞ və İsrail İrana qarşı müharibəni dayandırmasa, Körfəzindəki bütün enerji istehsalçıları tezliklə ixracı dayandıracaqlar. Qətərin enerji naziri və QatarEnergy şirkətinin baş direktoru Səd əl-Kaabi bunu Financial Times qəzetinə verdiyi müsahibədə bildirib.

"Əgər bu müharibə daha bir neçə həftə davam edərsə, bu, dünya miqyasında ÜDM-in artımına təsir edəcək", - Kaabi deyib.

Nazirin sözlərinə görə, tankerlər qlobal neft ixracının ən vacib yolu olan Hörmüz boğazından keçə bilməsə, qlobal neft qiymətləri cəmi iki-üç həftə ərzində bir barel üçün 150 dollara yüksələ bilər.

O əlavə edib ki, müharibə indi bitsə belə, Qətərin normal təchizat dövrünə qayıtması bir neçə həftədən bir neçə aya qədər vaxt aparacaq. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ