Rusiya ilə Ukrayna arasında 600 əsgərin əsir mübadiləsinin baş verdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Kiyevin nəzarətində olan ərazidən 300 rus əsgərinin ölkəyə gətirildiyini bildirib və əlavə edib ki, "əvəzində 300 ukraynalı əsgər verilib".
Bəyanatda əsir götürülmüş əsgərlərin mübadiləsinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və ABŞ tərəfindən həyata keçirildiyi və azad edilən əsgərlərin Belarusda olduğu və Rusiyaya gətiriləcəyi qeyd olunub.
Aytən Yaşar/ Turkustan.az