Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İran sərhədində havaya qalxıb.
Turkustan.az xəbər verir ki, bu barədə İxlas Xəbər Agentliyi (İHA) məlumat yayıb.
“ABŞ və İran arasındakı münaqişənin davam etdiyi bir vaxtda Türkiyənin sərhəd bölgələrində Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri patrul uçuşları həyata keçirir.
Rəsmi açıqlama hələ verilməsə də, bölgədəki mənbələr sərhəd xəttində davamlı təyyarə səslərinin eşidildiyini bildirirlər. Hazırda hər hansı gərginlik yoxdur”, – İHA-nın məlumatda bildirilir.
Qeyd edək ki, iki gün əvvəl İrandan Türkiyəyə ballistik raket atılıb. Rəsmi Ankara NATO qüvvələrinə məxsus HHM-lərin raketi havada vurduğunu açıqlayıb.
Ötən gün isə SEPAH Naxçıvana dron zərbəsi endirib. Bu hadisələrin fonunda Türkiyə qırıcılarının İranla sərhəddə uçuşlara başlaması diqqət çəkir.
Globalinfo.az