NATO müharibəyə girəcəkmi? Rutte müzakirəyə son qoydu


NATO-nun baş katibi Mark Rutte İranın Türkiyə hava məkanında vurulan ballistik raketi ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Rutte bildirib ki, hadisə qəti şəkildə pislənilməlidir: “Biz bunu birmənalı şəkildə pisləyirik. Bildiyiniz kimi, NATO-nun hava və raketdən müdafiə sistemi raketi zərərsizləşdirə bildi. Bu, həm də NATO-nun öz ərazisinin hər qarışını müdafiə etmək əzmini göstərir. Hərbçilərimiz vəziyyəti daim izləyir. Lakin bu, ciddi bir hadisə idi və mütləq pislənilməlidir”.

NATO-nun kollektiv müdafiə mexanizmi olan NATO-nun 5-ci maddəsi barədə danışan Rutte qeyd edib ki, hazırda bu maddənin tətbiqi gündəmdə deyil.

“5-ci maddə bu vəziyyətə şamil olunmur və hazırda heç kim bundan danışmır. Ən vacib məqam odur ki, dünən düşmənlərimiz NATO-nun nə qədər güclü və ayıq-sayıq olduğunu gördülər. NATO çox güclü və daim hazır vəziyyətdədir”, – deyə o vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ