Qətər ölkədə qalan sərnişinlər üçün təxliyə uçuşlarına başladı


Qətərin ABŞ-İsrail hücumlarından sonra bağlanan hava məkanını məhdud sayda uçuşa açacağı, qalan sərnişinləri təxliyə edəcəyi bildirilir.

Turkustan.az xəbər verir ki, Qatar Airways-in ABŞ-da yerləşən X platformasındakı hesabından verilən yazılı açıqlamada, 5 mart tarixindən etibarən bölgədə qalan sərnişinlər üçün məhdud sayda xüsusi uçuşların həyata keçiriləcəyi açıqlanıb.

Bəyanatda hava məkanının bağlanmasının davam etməsi səbəbindən planlaşdırılan uçuşların dayandırıldığı, lakin humanitar "yardım uçuşlarının" istifadəyə veriləcəyi bildirilir.

Qeyd edilib ki, bu gündən etibarən Maskat və Ər-Riyaddan Avropanın əsas istiqamətlərinə xüsusi reyslər təşkil olunacaq və planlaşdırılan marşrutlara Maskatdan London, Berlin, Kopenhagen, Madrid, Roma və Amsterdam, eləcə də Ər-Riyaddan Frankfurt daxildir.

Bildirilib ki, inkişaflar real vaxt rejimində yenilənəcək və ictimaiyyətə çatdırılacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ