Bağdadın mərkəzində İraq şiə silahlı qruplarının tərəfdarları ABŞ səfirliyinə girməyə çalışırlar.
Turkustan.az xəbər verir ki, bu barədə İraqın “Shafaq” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün göz yaşartıcı qazdan istifadə edir.
“ABŞ və İsrailin İrana hücumlarına qarşı İraq paytaxtında etirazlar başladıqdan sonra, 28 fevral axşamı körpüyə beton maneələr quraşdırılıb”, – deyə agentlik vurğulayıb.
Qeyd edək ki, 28 fevral səhəri İsrailin müdafiə naziri İsrael Katz İsrail ordusunun İrana qarşı qabaqlayıcı hücum başlatdığını elan edib. ABŞ da əməliyyatda iştirak edir. Prezident Donald Tramp xalqa müraciətində Amerika və İsrailin İrana hücumlarını Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı “səbrinin tükənməsi” ilə əlaqələndirib. /globalinfo.az/