ABŞ-nin ən güclü aviadaşıyıcısından ŞOK GÖRÜNTÜLƏR: 4600 hərbçi ÇƏTİN DURUMDA - VİDEO


ABŞ-nin "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi Yaxın Şərqə göndərilərkən kanalizasiya sistemində ciddi nasazlıqla üzləşib.

Turkustan.az xəbər verir ki, bu barədə "Gulf News" məlumat yayıb.

Nəşrin məlumatına görə, gəmidə müntəzəm olaraq tıxanmalar və daşmalar qeydə alınır ki, bu da 4600-dən çox nəfərdən ibarət heyətin gündəlik işini çətinləşdirir.

Hərbçilər qeyd edirlər ki, mülki gəmiqayırma zavodundan götürülmüş vakuum sistemi yükün öhdəsindən gələ bilmir. Əvvəllər boruları təmizləmək üçün turşu ilə təmizləmə üsulundan istifadə olunurdu və hər prosedur təxminən 400 min dollara başa gəlirdi.

Mühəndislik bölmələri sürətləndirilmiş tempdə işləyir və dənizçilər yaşayış şəraitinin pisləşməsindən şikayətlənirlər. Bu arada, ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmiləri texniki problemlərin uzadılmış missiyaya baxmayaraq, təyyarədaşıyan gəminin döyüş hazırlığına təsir etmədiyini iddia edirlər.

/Musavat.com/


MANŞET XƏBƏRLƏRİ