"Əgər seçkilərin keçirilməsi müharibənin başa çatması üçün şərt kimi irəli sürülürsə, bu variant müzakirə oluna bilər".
Turkustan.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə mümkün seçkilərlə bağlı açıqlama verdiyi zaman deyib.
Zelenski bildirib ki, Prezidentin sözlərinə görə, məsələ şəxsi ambisiya yox, dövlət və müharibə reallığı ilə bağlıdır.
“Əgər məqsəd sadəcə məndən – sizin yolunuzda maneə saydığınız bu amildən – xilas olmaqdırsa, o zaman bunun üçün heç olmasa qanunvericilik yolu tapın”, – deyə Zelenski vurğulayıb.
Prezidentin bu açıqlaması Ukraynada müharibə şəraitində seçkilərin mümkünlüyü ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib. Qeyd edək ki, hərbi vəziyyət dövründə ölkədə seçkilərin keçirilməsi Konstitusiya və qanunvericilik baxımından məhdudiyyətlərlə üzləşir. /Modern.az/