"Ukrayna üçün Rusiya ilə müharibədə qələbə bütün işğal olunmuş ərazilərin azad edilməsidir. Lakin bu gələcək məsələsidir, bu gün bunu etmək mümkün deyil".
Turkustan.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə verdiyi müsahibədə bildirib.
O izah edib ki, bunu indi etmək milyonlarla insanın həyatı bahasına başa gələcək və bu, çox yüksək qiymətdir:
"Biz bunu edəcəyik. Bu tamamilə aydındır, amma yalnız zaman məsələsidir. Bunu bu gün etmək milyonlarla insanın itkisinə səbəb olardı - çünki Rusiya ordusu böyükdür və biz belə addımların qiymətini başa düşürük. İnsanlar çatmayacaq, onları itirəcəksiniz. Və torpaq insanlar olmadan nədir? Düzünü desəm, heç nədir".
Prezidentin sözlərinə görə, digər səbəb Ukraynanın kifayət qədər silaha malik olmamasıdır və bu məsələdə çox şey tərəfdaşlardan asılıdır:
"Bu gün məsələ hava hücumundan müdafiə sistemləridir. Bu ən çətin problemdir. Təəssüf ki, tərəfdaşlarımız hələ də bizə öz sistemlərimizi, məsələn, "Patriot" sistemlərini və ya artıq mövcud olan sistemlərimiz üçün raketləri istehsal etməyə icazə vermirlər. Hələ bu sahədə uğura nail olmamışıq".
Bununla yanaşı, Zelenski əmindir ki, 1991-ci ilin ədalətli sərhədlərinə qayıdış həm Ukrayna, həm də bütün dünya üçün ədalətin qələbəsidir. /Qaynarinfo/