Qarabağdan gedən yeddi ailəyə Ermənistandakı Tatev icmasında kənd təsərrüfatı məqsədilə torpaq verilib.
Turkustan.az xəbər verir ki, onlara torpaq separatçı, özünü ləğv etmiş Dağlıq Qarabağ respublikasının keçmiş dövlət naziri, rusiyalı milyarder, fevralın 17-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il həbsə məhkum edilən Ruben Vardanyanın ailəsi tərəfindən hədiyyə olunub.
Məlumata görə, Ruben Vardanyanın ailəsinin təşəbbüsü ilə Tatev kanat yoluna məxsus kənd təsərrüfatı torpaqları Qarabağdan gedərək Tatev icmasında əkinçilik və kənd təsərrüfatı məqsədləri üçün sığınacaq tapmış ailələrə pulsuz olaraq verilib.
Hazırda Halidzorda yaşayan Lyusvard Ohanyan bu məlumatı təsdiqləyib: “Hətta Bakıda həbsdə olsa belə, o, xalqı haqqında düşünməyə davam edir".
Torpaqdan istifadə təklifi yaxınlıqdakı Şinuayr və Halidzor kəndlərində yaşayan ailələrə verilib. Yeddi ailə torpağı becərməyə hazır olduqlarını bildirib. Prosesi Ruben Vardanyan tərəfindən təsis edilən "Biz və bizim dağlarımız" inkişaf agentliyi həyata keçirib.
Ailələr artıq torpaq sahələrini notarial qaydada təsdiq edilmiş sənədlərlə alıblar. Torpaq ailə üzvlərinin sayı nəzərə alınmaqla bərabər bölüşdürülüb. Agentlik həmçinin sənədlərin işlənməsi və notariat prosedurları ilə bağlı xərcləri ödəyib.
Tatev icmasının birinci müavini Marat Gerasimyan qeyd edib ki, icmadakı bütün kənd təsərrüfatı torpaqları artıq becərilir və ailələr Qarabağda məskunlaşdıqları (oxu: Qarabağı torpaqlarında qanunsuz məskunlaşıb, torpağı istismar etdikləri müddətdə-red.) müddətdə əhəmiyyətli kənd təsərrüfatı təcrübəsi qazanıblar. /cebheinfo.az/