Ukrayna nümayəndə heyəti Cenevrədə keçirilən üçtərəfli danışıqlar zamanı Prezident Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş məsələsini qaldırıb.
Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Prezident Administrasiyasının rəhbəri Kirilo Budanov ədalət üzrə beynəlxalq konfrans – Ədalət Konfransı çərçivəsində Ukrayna prezidenti ilə Rusiya lideri arasında danışıqlar zamanı görüş məsələsinin qaldırılıb-qaçırılmadığı sualını cavablandırarkən bildirib.
"Bəli, biz bu cür suallar qaldırmışıq. İndiyə qədər (Rusiya tərəfindən, - red.) qəti cavab yoxdur", - deyə o bildirib.
Ukrayna informasiya agentliyinin məlumatına görə, Prezident Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşəcəyi təqdirdə müharibənin tez bir zamanda başa çatması barədə danışacağını və "tarixi söhbətlərə" toxunmayacağını bildirib.
Aytən Yaşar/ Turkustan.az