Şimali Koreya lideri Kim Çen In yenidən hakim Koreya İşçi Partiyasının baş katibi vəzifəsinə seçilib.
Turkustan.az xəbər verir ki, Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Koreya İşçi Partiyasının 9-cu qurultayında nümayəndələrin səsləri ilə yenidən partiyanın rəhbəri seçilib.
Hesabatda vurğulanır ki, Kimin rəhbərliyi altında ölkə nüvə imkanlarını inkişaf etdirməklə "müharibədən çəkindirmə qabiliyyətini əsaslı şəkildə artırıb".
Koreya İşçi Partiyasının bəyanatında nüvə qüvvələrinin inkişafının ölkəni "hər cür təcavüz və müharibə formalarına qarşı" hazırladığı iddia edilirdi.
Aytən Yaşar/ Turkustan.az