"ABŞ öz heyətini Livandan təxliyə etdi" - LBC


Livanın LBC televiziya kanalı Beyrutdakı ABŞ səfirliyinin onlarla işçisinin təxliyə edildiyini bildirib.

Turkustan.az xəbər verir ki, LBC-nin məlumatına görə, Beyrutdakı ABŞ səfirliyinin onlarla əməkdaşı bu gün Rafiq Həriri Beynəlxalq Hava Limanı vasitəsilə ölkəni tərk edib.

Hesabatda bildirilir ki, təxliyə mümkün hadisələr nəzərə alınmaqla ehtiyat tədbiri kimi həyata keçirilib və ABŞ-ın Beyrutdakı səfirliyi məsələ ilə bağlı açıqlama verə bilər.

ABŞ-ın Beyrutdakı səfirliyi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ