İran: Biz nüvə silahı əldə etmək niyyətində deyilik


İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ölkəsinin nüvə silahı əldə etmək niyyətində olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ölkəsinin nüvə silahı əldə etmək niyyətində olmadığını və bunun üçün səy göstərmədiyini bildirib.

Qaribabadi Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən Silahsızlanma Konfransında çıxış edib.

İranın nüvə proqramını hərbi məqsədlər üçün həyata keçirdiyinə dair iddiaların həqiqətə uyğun olmadığını bildirən Qaribabadi, ölkəsinin nüvə silahı axtarmadığını və kütləvi qırğın silahlarını həm dini, həm də mədəni baxımdan rədd etdiyini əlavə etdi.

Qəribabadi bəzi ölkələrin nüvə silahlarını təhlükəsizlik doktrinası hesab etdiyini və bu yanaşmanın həmin dövlətlərin beynəlxalq öhdəliklərinə zidd olduğunu vurğulayaraq, nüvə silahlarının bəşəriyyət üçün böyük təhlükə yaratdığını əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ