Avropa Parlamenti (AP) ABŞ-dakı tariflərlə bağlı qeyri-müəyyənlik səbəbindən Avropa İttifaqı (AB)-ABŞ ticarət sazişi üzərində işi və planlaşdırılan səsverməni dayandırıb.
Turkustan.az xəbər verir ki, AP Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange, ABŞ-da tariflərlə bağlı inkişaflardan sonra yazılı açıqlama verdi.
Lange bildirib ki, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsindəki siyasi qrupların nümayəndələri AB-ABŞ ticarət sazişinin qanunvericilik prosesindən məsuldurlar və iclas keçiriblər. Lange əlavə edib ki, "ABŞ Ali Məhkəməsinin 20 fevral 2026-cı il tarixli Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktının (IEEPA) istifadəsi ilə bağlı qərarı aydın və birmənalıdır. Bu qərarın nəticələrini görməzdən gəlmək olmaz. Həmişəki kimi davam etmək mümkün deyil".
Aytən Yaşar/ Turkustan.az