Donald Tramp tariflərlə bağlı xəbərdarlıq etdi


ABŞ prezidenti Donald Tramp Ali Məhkəmənin tariflərlə bağlı qərarından sonra “oyun oynamaq” istəyən ölkələrin razılaşdırılmışdan daha yüksək tarif dərəcələri ilə üzləşə biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Donald Tramp məsələ ilə bağlı “Truth Social” hesabında paylaşım edib.

ABŞ prezidenti qeyd edib: “Ali Məhkəmənin gülünc qərarından istifadə edərək ‘oyun oynamaq’ istəyən ölkələr, xüsusən də illərdir, hətta onilliklərdir ABŞ-ı ‘soymaqla’ məşğul olan dövlətlər tezliklə bu yaxınlarda razılaşdıqlarından daha yüksək və daha sərt tarif dərəcələri ilə qarşılaşacaqlar. Alıcılar diqqətli olmalıdırlar”.

ABŞ Ali Məhkəməsi fevralın 20-də qərar verib ki, Prezident Donald Trampın tariflərinin əsaslandığı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) prezidentə birbaşa tariflər tətbiq etmək səlahiyyəti vermir.

Qərardan sonra Tramp həmin gün 1974-cü il Ticarət Qanununun 122-ci maddəsinə əsaslanaraq bütün ölkələrə 10 faiz həcmində qlobal tarif tətbiq edən fərman imzalayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ