Müharibəni dayandırmaq üçün yalnız ABŞ siyasi və maliyyə gücünə malikdir.
Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında jurnalistlərə açıqlamasında deyib.
O, Konqresin müharibədən sonrakı təhlükəsizlik zəmanətlərini gücləndirmək üçün tədbirlər görməli olduğunu bildirib:
“Düzünü desəm, bu gün yalnız Avropa Ukraynanı müdafiə edir, pul və yardım verir. Amma Putini yalnız ABŞ dayandıra bilər”.
“ABŞ tərəfindən, prezident Trampdan bəzi siqnallar gəlir. Onlar deyirlər ki, kompromis vaxtıdır. İrəli doğru addımlar atmalıyıq. Biz bir çox güzəştə getdik. Putin və dostları hələ də həbsdə deyillər. Bu, dünyanın indiyə qədər etdiyi ən böyük güzəştdir. Biz atəşkəsə razılaşdıq, Putin isə imtina etdi”, – Zelenski əlavə edib.