2027-ci ildə temperatur rekord həddə yüksələcək - İlginc səbəb


İngiltərənin Meteorologiya İdarəsi (Met Office) Sakit okeanda formalaşmaqda olan El-Nino hadisəsinin son 150 ildə müşahidə olunan ən güclü hadisələrdən birinə çevrilə biləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, “Met Office”in məlumatına görə, güclü El-Nino qlobal temperaturun artmasına təsir göstərməkdə davam edir.

XIX əsrdən bəri ən güclü El-Nino hadisələrindən birinin 2027-ci ildə temperaturun rekord həddə yüksəlməsinə səbəb ola biləcəyi proqnozlaşdırılır.

“Met Office”in Uzunmüddətli Proqnozlar Bölməsinin rəhbəri Adam Scaife El-Ninonu “analoqu olmayan hadisə” adlandırıb. O bildirib ki, indiyədək hazırlanan proqnozlarda bu qədər güclü El-Nino siqnalı müşahidə edilməyib.

El-Nino Sakit okeanın mərkəzi və şərq hissələrində səth sularının temperaturunun normadan əhəmiyyətli dərəcədə yüksəlməsi ilə xarakterizə olunan iqlim hadisəsidir. Güclü El-Nino müxtəlif bölgələrdə quraqlıq, daşqın və ekstremal istilərə səbəb ola bilər. Bu səbəbdən onun qlobal iqtisadiyyata ciddi zərər vuracağı da ehtimal edilir./publika.az


MANŞET XƏBƏRLƏRİ