Kaja Kallas: Avropanın da öz qüruru var — ABŞ-a etirazlar təbiidir


Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas İtaliyada ABŞ-ın vitse-prezidenti JD Vensə qarşı keçirilən etirazları şərh edib.

Turkustan.az xəbər verir ki, Kallas bildirib ki, ABŞ tərəfindən Avropaya yönəlik bəzi xoşagəlməz açıqlamalar səsləndirilib və bunun ictimai rəydə narazılıq yaratması təbiidir.

Euronews-a verdiyi müsahibədə Kallas 13–15 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransının gündəliyinin olduqca gərgin olacağını qeyd edib.

ABŞ-ın vitse-prezidenti JD Vensin Milan–Kortina Qış Olimpiya Oyunları çərçivəsində İtaliyaya səfəri zamanı fitə basma və etirazlarla qarşılanmasına toxunan Kallas deyib:
“ABŞ-dan Avropaya qarşı bəzi xoşagəlməz ifadələr eşitdik. Əlbəttə ki, ictimai rəyimizin də öz qüruru var — Avropaya xas bir qürur.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ