Rusiya və Ukrayna nümayəndə heyətləri Əbu-Dabidə (BƏƏ) danışıqlarda 314 hərbi əsirin mübadiləsi barədə razılığa gəliblər.
Turkustan.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bildirib.
Onun sözlərinə görə, Ukrayna böhranının nizamlanması üçün hələ xeyli səy tələb olunacaq, lakin dialoq nəticə verir.
O, qeyd edib ki, yaxın həftələrdə Rusiya və Ukrayna danışıqlarında irəliləyiş gözlənilir./Bizim.Media