Erməni cinayətkarların MƏHKƏMƏSİ – Kimə hansı cəza verildi? – SİYAHI


Xəbər verdiyimiz kimi, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

Turkustan.az onlara verilən cəzaları təqdim edir:

Qəti olaraq ömürlük azadlıqdan məhrum edilənlər:

Arayik Harutyunyan – Qondarma rejimin “dövlət naziri” və başçısı vəzifələrini tutub.

Levon Mnatsakanyan - 2015–2018-ci illərdə separatçıların “müdafiə naziri” olub.

David Manukyan – Qondarma rejim ordusunun “komandanının birinci müavini" vəzifəsində çalışıb.

Davit İşxanyan – Separatçıların “Milli Assambleyasının prezidenti” vəzifəsində çalışıb.

David Babayan – Separatçı rejimin “xarici işlər naziri” və “dövlət müşaviri” kimi postları tutub.

Digər təqsirləndirilənlərə isə aşağıdakı cəzalar verilib:

Arkadi Qukasyan – 20 il;

Bako Sahakyan – 20 il;

Madat Babayan - 19 il;

Melikset Paşayan - 19 il;

Qarik Martirosyan - 18 il;

Davit Allahverdiyan - 16 il;

Levon Balayan – 16 il;

Qurgen Stepanyan – 15 il;

Vasili Beqlaryan 15 il;

Erik Qazaryan 15 il.

Qeyd edək ki, onlar Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndiriliblər./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ