İran: Müharibə başlasa, bütün bölgəni əhatə edəcək!


İran ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki, müharibə başlasa, o, bütün regionu və bütün ABŞ bazalarını əhatə edəcək.

Turkustan.az xəbər verir ki, İran Baş Qərargahına bağlı xəbər saytı olan "defapress"ə danışan Ekreminiya ABŞ-ın İrana mümkün hücumu ilə bağlı açıqlamalar verib.

Ekreminiya bildirib ki, "Əgər müharibə başlayarsa, onun əhatə dairəsi bütün regionu və işğal olunmuş ərazilərdən tutmuş ABŞ bazalarının yerləşdiyi Fars körfəzi və Ərəbistan dənizinə qədər bütün ABŞ bazalarını əhatə edəcək. Bizim ABŞ bazalarına asanlıqla çıxışımız var və bu, onların həssaslığını artırır".
Ekreminiya hər zaman hər seçim və ssenariyə hazır olduqlarını bildirərək, "Əgər düşmən müharibə variantını seçərsə, biz də müharibə şəraitində hər seçimə hazırıq" dedi.

Ekreminiya deyib: "Biz özümüzü müdafiə etməyə hazırıq və güzəşt və müharibə arasında seçim etməli olan ABŞ prezidentidir." O əlavə edib: "Bu, bizim mesajımızdır; biz bunu dəfələrlə bildirmişik və indi də qətiyyətlə bəyan edirik: Biz ölkəni müdafiə etməyə tam hazırıq."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ