Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 11-də Türkiyəyə rəsmi səfər edəcək.
Turkustan.az xəbər verir ki,Mitsotakis Türkiyə–Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclasında iştirak etmək məqsədilə 11 fevral 2026-cı ildə Türkiyəyə gələcək.
Səfər çərçivəsində iki ölkə arasında ikitərəfli münasibətlərin, eləcə də regional məsələlərin müzakirə olunacağı gözlənilir.
Aytən Yaşar/ Turkustan.az