Zelenski: Prioritetimiz müharibəyə son qoymaqdır!


Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün prioritetinin olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski Fransanın ictimai yayımçısı olan "France 2" tərəfindən Ukraynada çəkilmiş xüsusi verilişin qonağı olub.
Zelenski bildirib ki, Rusiya Ukraynanı güzəştə getməyə məcbur etmək üçün ukraynalılara daha çox əziyyət çəkməyə çalışır və deyib: "Rusiya bizim bütün Donbası tərk etməyimizi istəyir. Onlar bu müharibəni başlatdıqlarından bəri bir qələbə də qazana bilməyiblər".

Zelenski Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında davam edən danışıqlara toxunaraq dedi: "Komandam hazırda danışıqlar aparır. Bizim prioritetimiz bu müharibəyə son qoymaqdır. Amerikalılara minnətdarıq, çünki onlar da bu gün Əbu-Dabidədirlər".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ