ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramını yenidən başlatmağa çalışdığını iddia edərək, hava hücumlarından sonra açıqlama verib.
Turkustan.az xəbər verir ki, Tramp cümə günü Omanın Məsqət şəhərində İranla gözlənilən danışıqlarından əvvəl NBC News-a verdiyi müsahibədə cari hadisələr barədə danışıb.
İranın ABŞ ordusunun zərbə endirdiyi nüvə obyektlərinə qayıda bilməyəcəyini, lakin başqa yerdə yeni bir nüvə obyekti tikməyi düşündüyünü iddia edən Tramp, "Bunu öyrəndik və dedim ki, 'Əgər bunu etsəniz, çox ciddi nəticələr olacaq'" dedi.
ABŞ və müttəfiqi İsrail İranı nüvə silahı hazırlamağa çalışmaqda ittiham edir, İran isə nüvə proqramının elektrik enerjisi istehsalı da daxil olmaqla, dinc məqsədlər üçün olduğunu iddia edir.
Aytən Yaşar/ Turkustan.az