ABŞ məhkəməsi 2024-cü ildə ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi edən Rayan Uesli Rut barəsində qərar verib.
Turkustan.az ABŞ mediasına istinadən xəbər verir ki, qərara əsasən Rut ömürlük həbs cəzasına məhkum edilib.
O, həmçinin cinayət törətmək niyyəti ilə odlu silah saxlamaqda və federal məmura hücum etməkdə təqsirli bilinib.
Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Rut Tramp qolf oynayarkən Beynəlxalq Qolf Klubunun hasarının üstündən optik cihazla bərkitdiyi AK-47 tüfənginin lüləsini ona tuşlayıb. Gizli Xidmət Rutu görüb atəş açıb. O, hadisə yerindən qaçsa da, daha sonra həbs edilib./publika.az