Rusiya yeni START müqaviləsi ilə bağlı açıqlama verdi


Rusiya Xarici İşlər Nazirliyi "Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (Yeni START)"nın müddətinin bitəcəyini və tərəflərin artıq onun öhdəliklərinə bağlı qalmayacağını açıqladı.

Turkustan.az xəbər verir ki,Rusiya Xarici İşlər Nazirliyi strateji nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan “Yeni Strateji Silahların Azaldılması Müqaviləsi”nin (New START) müddətinin başa çatacağını və tərəflərin artıq bu müqavilə üzrə öhdəliklərə bağlı olmayacağını bəyan edib.

Nazirliyin yazılı açıqlamasında bildirilir ki, Rusiyanın sabah müddəti bitəcək New START müqaviləsinin uzadılması istiqamətində göstərdiyi səylərə ABŞ tərəfindən müsbət cavab verilməyib.

ABŞ-ın New START müqaviləsinə yanaşmasının qüsurlu olduğu vurğulanan bəyanatda qeyd olunur:
“Biz belə hesab edirik ki, müqavilə tərəfləri artıq bu sənəd çərçivəsində heç bir öhdəlik daşımır və gələcək addımlarını sərbəst şəkildə müəyyən edə bilərlər.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ