ABŞ-ın vitse-prezidenti Azərbaycana nə vaxt səfər edəcək?


ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Milan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistana və Azərbaycana səfər edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə informasiyanı AFP yayıb.

Vens Qış Olimpiya Oyunlarının açılışında ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək. Nümayəndə heyətinə onun həyat yoldaşı Uşa Vens, ABŞ-ın Dövlət katibi Marko Rubio və ABŞ-ın İtaliyadakı səfiri Tilman Ferti̇ta da daxil olacaq.

Məlumata görə, Prezident Donald Tramp vitse-prezidentə Ermənistanla Azərbaycan arasında sülh sazişini hazırlamaq tapşırığı verib.

Qış Olimpiya Oyunlarının açılışı 6 fevralda İtaliyanın Milan şəhərində keçiriləcək.

Xatırladaq ki, yanvarın sonunda Tramp Devid Vensin Ermənistan və Azərbaycana səfər edəcəyi barədə məlumat verib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ