Pakistanda 12 yerdə terror hücumları: 10 təhlükəsizlik işçisi öldürüldü


Pakistan rəsmiləri bildirib ki, Bəlucistan əyalətinin 12 fərqli yerində separatçı Bəlucistan Azadlıq Ordusu (BLA) ilə əlaqəli yaraqlılar tərəfindən həyata keçirilən koordinasiyalı hücumlarda ən azı 10 təhlükəsizlik işçisi öldürülüb, toqquşmalarda isə 58 terrorçu zərərsizləşdirilib.

Turkustan.az xəbər verir ki, separatçı Bəlucistan Azadlıq Ordusu (BLA) ilə əlaqəli yaraqlılar bu səhər Pakistanın Bəlucistan əyalətinin müxtəlif yerlərində koordinasiyalı terror hücumları həyata keçiriblər.

Hücumlar əyalətin paytaxtı Kvettada yerli vaxtla səhər saat 6:00 radələrində güclü partlayışla başlayıb, ardınca iki saat davam edən güclü atışma və çoxsaylı partlayışlar baş verib. Dalbandin və Nuşki ərazilərində yaşayan sakinlər partlayışlar və atışma səsləri eşitdiklərini bildiriblər, oxşar hücumlar isə Mastunq, Qvadar, Pasni və Turbatda qeydə alınıb. Rəsmilərin məlumatına görə, 12 fərqli yerdə baş verən terror hücumlarında ən azı 10 polis və təhlükəsizlik işçisi həlak olub, 58 yaraqlı isə zərərsizləşdirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ