Ukrayna müharibə zamanı həlak olan minlərlə ukraynalı əsgərin qalıqlarını Rusiyadan aldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında "dəfn" mübadiləsi baş tutub. Ukrayna Əsirlərinin Koordinasiya Mərkəzi müharibə zamanı həlak olan 1000 əsgərin qalıqlarını Rusiyadan aldıqlarını açıqlayıb. Bəyanatda deyilir: "Bu gün Rusiya tərəfinin Ukrayna əsgərlərinə aid olduğunu iddia etdiyi 1000 cəsədin Ukraynaya qaytarılması ilə bağlı işlər görülüb".
Cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün səylərin başlandığı qeyd edilən bəyanatda, Beynəlxalq Qırmızı Xaç Komitəsinə bu prosesdə göstərdiyi dəstəyə görə təşəkkür edilib.
Aytən Yaşar/ Turkustan.az