ABŞ-ın Texas və Minnesota ştatlarında İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının təcrübələrinə etiraz etdikləri üçün on səkkiz nəfərin saxlanıldığı bildirilir.
Turkustan.az xəbər verir ki, ABŞ Baş prokuroru Pam Bondi sosial media hesabında Minnesota ştatında İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əleyhinə etirazlar zamanı 16 etirazçının saxlanıldığını açıqlayıb. Bondi daha çox saxlanılma gözlədiklərini bildirib və əlavə edib: “Mən bunu əvvəllər də demişəm və bir daha deyəcəyəm. Prezident Donald Trampı və Ədliyyə Nazirliyinin qanunu tətbiq etməsinə heç nə mane ola bilməz”.
ABŞ mediası Texasda polisin ən azı iki etirazçını saxladığını və digərlərinə qarşı göz yaşartıcı qazdan istifadə etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az