Ohanyan yenə Paşinyanı hədəfə aldı


Ermənistan müxalifətinin nümayəndəsi, sabiq müdafiə naziri və “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, Xocalı qatili Seyran Ohanyan ölkənin KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ilə münasibətlərinin pisləşməsində baş nazir Nikol Paşinyanı günahlandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə o, Yeraplur hərbi panteonunda jurnalistlərə açıqlamasında danışıb.

Ohanyan bildirib ki, Paşinyanın KTMT-nin baş katibi Yuri Xaçaturovun həbs edilməsi ilə bağlı qərarı təşkilatla münasibətlərə ciddi zərbə vurub. Onun sözlərinə görə, bu addım Ermənistanın müttəfiqləri ilə əlaqələrinə mənfi təsir göstərib.

Müxalif siyasətçi həmçinin Praqada əldə olunan razılaşmanı da tənqid edib və bunu “ermənilər üçün biabırçılıq” adlandırıb. Ohanyanın fikrincə, Paşinyan bu razılaşma ilə illərlə aparılan danışıqları, formalaşmış siyasi potensialı və Qarabağ məsələsi ətrafında yürüdülən xətti faktiki olaraq “sıfırlayıb”.

Revanşist siyasətçi Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Ermənistanın maraqlarına zərər vurduğunu deyib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ